...

İnsanlar kiçik mahnı janrına meyilləniblər – xalq aritsti Arif Məlikov

Cəmiyyət Materials 21 May 2008 13:31 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 may /müx. TrendLife Günel Əhmədova/

9-cu simfoniyasını bitirmək ərəfəsində olan xalq artisti, bəstəkar Arif Məlikov eyni zamanda "Yusif və Züleyxa" baletini də yaxın aylar üçün hazır olacaq əsərləri sırasına qatacağını TrendLife-a bildirdi. Arif müəllimin sözlərinə görə, sözügedən əsərin səhnələşdirilməsi Nazim Hikmətin arzusu olub və ədibin istəyini bəstəkar reallaşdırmağa qərar verib.

Vaxtilə iri və xırda həcmli musiqi əsərləri ilə yanaşı, bəzi kinofilmlərə musiqilər yazdığını deyən A.Məlikovun bu gün ekrana həvəsi ölüb. Onun fikrincə, nadir hallarda televiziyalarda səviyyəli musiqili və ədəbi verilişləri izləyə bilir:

"Etiraf edim ki, mümkün qədər ekrandan uzaq durmağa çalışıram. Çünki ekrana aludə olanda, yaradıcılıq stimulum ölür. Bir bəstəkak kimi məni yaradıcılığa sövq edən maraqlı və sanballı heç nə görə bilmirəm".

Söhbəti zamanı Arif Məlikov başqa məqama da toxundu. O, bildirdi ki, dünyanın müxtəlif ölkələrinin teatrlarında əsərlərinə təqdimat mərasimləri keçirilib. Lakin onun əsərlərinin Azərbaycan teatrlarına çıxışı zəifdir:

"Təkcə, "Məhəbbət əfsanəsi" baletimin 60-a yaxın premyerası keçirilib. Fəxrlə deyirəm ki, bu günün özündə Sankt-Peterburqun İmperator Teatrında, Rusiyanın böyük şəhərlərinin, həmçinin Özbəkistan, Fransa, Almaniya və bir sıra adını çəkmədiyim ölkələrdə əsərlərim dinlənilir. Simfonik əsərlərim, xəbərim olmadan səviyyəli konsertlərdə ifa olunur. Lakin Azərbaycanda bu coşqunu görə bilmirəm. Məmləkətimizdə daha çox yüngül mahnı janrları sevilir. Simfoniyanın, irihəcmli əsərlərin auditoriyası geniş deyil. Şahidi olduğunuz kimi efir daha çox mahnı ifaçılarını təbliğedir"

Xəbər lenti

Xəbər lenti