...

Azərbaycan voleybolçuları mükafat fondu bir milyon dollar olan turnirə məğlubiyyətlə başlayıblar

Cəmiyyət Materials 23 May 2008 10:45 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 may / Trend , müxbir R.Ergün/ Azərbaycanın qadın voleybolçulardan ibarət yığma komandası Dubayda keçirilən beynəlxalq turnirə məğlubiyyətlə başlayıb. Bu barədə cümə günü Trend -a Azərbaycan Voleybol Federasiyasının (AVF) mətbuat xidməti məlumat verib.

Azərbaycan voleybolçuları dünən keçirilən ilk görüşdə Almaniya yığma komandasına 1:3 hesabı ilə məğlub olub.

Bu gün azərbaycanlı voleybolçular Kuba yığma komandası ilə qarşılaşacaq. Sabah isə Azərbaycan - Rusiya görüşü baş tutacaq. Turnir mayın 27-də başa çatacaq.

Azərbaycanın qadın voleybol yığmasının Dubayda təşkil olunan turnirdə iştirak etməsində əsas məqsəd komandanın gələn il Polşada keçiriləcək Avropa çempionatının seçmə mərhələsinə hazırlıqdır.

Azərbaycanın qadınlardan ibarət voleybol yığmasının baş məşqçisi Faiq Qarayevdir.

Abu-Dabidə keçirilən turnirin mükafat fondu bir milyon dollardır.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti