...

Azərbaycanın qadın futbolçuları karyeralarını Litvada davam etdirəcəklər

Cəmiyyət Materials 23 May 2008 16:25 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 may / Trend , müxbir R.Ergün/ Azərbaycanın qadın futbolçuları Anna Ələkbərova və Nərminə Rzayeva karyeralarını Litvada davam etdirəcəklər. Bu barədə cümə günü Trend -a Azərbaycan Qadın Futbolu Federasiyasının (AQFF) mətbuat xidməti məlumat verib.

Ələkbərova və Rzayeva "Ruslan-93" klubunun üzvləridirlər. Bu futbolçuların Litvada hansı klublarda çıxış edəcəkləri yaxın günlərdə məlum olacaq.

"Ruslan-93" qadın futbolu üzrə Azərbaycan çempionatının sonuncu qalibidir.

Hər iki futbolçu Azərbaycanın qadınlardan ibarət yığma komandasında çıxış edir.

Azərbaycanın qadın futbolçulardan ibarət yığma komandasının baş məşqçisi Şamil Heydərovdur.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti