...

"Aznet Kuboku"nun mini futbol üzrə üçüncü oyununda lider müəyyənləşib

Cəmiyyət Materials 26 May 2008 11:26 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 may / Trend , müxbir R.Ergün/ Dünən "Olimpik Star" idman kompleksində Trend Xəbər Agentliyinin təşkil etdiyi mini futbol üzrə "Aznet Kuboku"nun növbəti oyunu keçirilib.

Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) hakimi Ramiz Məhərrəmovun idarə etdiyi oyunda "Penya Bakı" komandası ilə "Smart Systems" komandası üz-üzə gəlib. Oyunda qapılara ümümilikdə doqquz top vurulub.

"Smart Systems" komandası rəqibin müqavimətinə baxmayaraq, sonda ümumi hesabı öz xeyrinə başa çatdıra bilib. "Qol yağışı" altında keçən matçda "Smart Systems" "Penya Baku"nun qapısından altı top keçirib. "Penya Baku"nun oyunçuları bu toplardan yalnız üçünə cavab verə bilib: 6:3.

Hər iki komanda C qrupunda yer alır. Dünən bu qrupda keçirilən oyundan sonra "Smart Systems" liderdir. Qrupun digər komandası neftçhipfk.com komandasıdır.

İyunun 1-də (bazar günü) "Penya Baku" ilə neftçhipfk.com üz-üzə gələcəklər.

"Aznet Kuboku"nda saytı olan 12 komanda iştirak edir. Turnirin 1/4 finalında qruplarda ilk iki yeri tutmuş komandalar oynayacaqlar: A1-C2, C1-A2, B1-D2, D1-B2.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti