...

Yerli şou-biznesdə sponsorsuz da irəli getmək mümkündür - müğənni Nurlan Növrəsli

Cəmiyyət Materials 26 May 2008 15:40 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 may /müx.TrendLife Şahin Cavadsoy/

"Azəri Star" müsabiqəsinin qaliblərindən olan Nurlan Növrəsli, sponsorsuz yaradıcılığını davam etdirməyə çalışır. Nurlanın sözlərinə görə maliyyə vəsaiti heç də elə-belədən müğənnilərə xərclənmir: "Bizlər sponsorun nə demək olduğunu düzgün başa düşmürük. Bunun əsas səbəbkarı da bəzi müğənnilərdir.Yəni onlar sponsor kəlməsini çox ucuzlaşdırıblar. Əslində bütün iş adamaları pullarının qədrini bilirlər. Və hər sənətçiyə də maliyyə vəsaiti xərcləmirlər. Mənim fikrimcə, yerli şou-biznesdə sponsorsuz da irəli getmək mümkündür".

Yeni mahnılar üzərində işlədiyini söyləyən sənətçi, musiqi albomunu hazırlamağının xərclərini də öz üzərinə götürüb: "Düzdür hələ albom üçün konkret hazırlığa başlamasam da bütün xərcləri cibimdən çıxacaq pullara ödəcəyəm. Allah canıma, səsimə sağlıq versin, kimsənin puluna ehtiyacım yoxdur. Bilirəm ki, tamaşaçılarım da bu niyyətimə görə məni həddindən artıq dəstəkləyirlər".

Xəbər lenti

Xəbər lenti