...

Azərbaycan hökuməti qaçqın və məcburi köçkünlərə ayırdığı yardımın tərkibini dəyişdirmək niyyətindədir

Cəmiyyət Materials 29 May 2008 11:33 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 may / Trend , müxbir E.Babayev/ Azərbaycan hökuməti qaçqın və məcburi köçkünlərə ayırdığı yardımın tərkibini dəyişdirmək niyyətindədir. "Aşkar etmişik ki, bəzi qaçqın və məcburi köçkünlər onlara yardım kimi verilən ağ nefti istifadə etmir, onu satır", cümə axşamı jurnalistlərə Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bildirib.

Trend -un arayışı: BMT-nin Ümumdünya Ərzaq Proqramı çərçivəsində Azərbaycandakı qaçqın və məcburi köçkünlərə 1994-cü ildən ərzaq yardımı edilir. İlk illər proqramdan 300 min qaçqın və məcburi köçkün yararlanırdı. Son 2 ilə qədər isə ərzaq proqramı 170 min qaçqın və məcburi köçkünə şamil edilib. İyunun 30-da BMT-nin Ümumdünya Ərzaq Proqramı Azərbaycandakı qaçqın və məcburi köçkünlərə verdiyi ərzaq yardımını bütövlükdə dayandıracaq.

Ümumdünya Ərzaq Proqramından hazırda 70 min qaçqın və məcburi köçkün yararlanır. Proqramdan kənar qalan 230 min qaçqın və məcburi köçkünün ərzaq yardımını Azərbaycan hökuməti öz üzərinə götürüb. Ümumdünya Ərzaq Proqramının icrası dayandırıldıqdan sonra qalan 70 min qaçqın və məcburi köçkünün də ərzaq yardımını hökumət öz üzərinə götürəcək.

Ermənistanın Azərbaycanın 20 faiz ərazisini işğal etməsi və ölkəsindən azərbaycanlıları etnik təmizləməyə məruz qoyması nəticəsində Azərbaycanda bir milyona yaxın qaçqın və məcburi köçkün yerləşdirilib.

Həsənov deyib ki, məcburi köçkün və qaçqınların onlara yardım kimi ayrılan ağ nefti satmasını hökumət qüsur kimi qiymətləndirmir. Sadəcə, Azərbaycan hökuməti düşünür ki, onlara verilən yardımın tərkibinə yenidən baxılmalıdır ki, qaçqın və məcburi köçkünlərin ehtiyacı olan məhsullar əlavə edilsin, bəziləri isə çıxarılsın.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti