...

Bunu hələ hiss etməmişəm-əməkdar artist Firdosi Atakişiyev

Cəmiyyət Materials 4 İyun 2008 16:35 (UTC +04:00)

Azərbaycan, Bakı, 04 iyun /TrendLife müx. Eldar Hüseynzadə/

"Əvvəllər dövlətdən fəxri ad almağın nə demək olduğu barədə təsəvvürə malik idim. Lakin heç vaxt bu hissi keçirməmişdim. İndi isə bu hissi keçirdiyim üçün çox xoşbəxtəm. İlk növbədə mənə və həyat yorldaşıma verilən fəxri ada görə, dövlət başçısına, mədəniyyət və turizm nazirliyinə dərin minnətdarlığımı bildirirəm",-deyən aktor Firdovsi Atakişiyev TrendLife-a bildirib.

Xatırladaq ki, iyunun 2-də prezidentin əmri ilə Firdovsi Atakişiyev və onun həyat yoldaşı rejissor İranə Tağızadə əməkdar artist və əməkdar incəsənət xadimi fəxri adları ilə təltif olunublar.

"Mən də öz növbəmdə bizə bu gözəl teatrı hədiyyə etdiyi üçün prezident İlham Əliyevə öz minnətdarlığımı bildirirəm. Siz təsəvvür edə bilməzsiniz ki, Rus Dram Teatrı nə qədər dəyişib. İnşaallah, yeni mövsümdə özünüz bunun şahidi olacaqsınız",-deyə İ. Tağızadə əlavəsində bildirib.

Xəbər lenti

Xəbər lenti