Azərbaycan, Bakı, 05 iyun / Trend , müxbir R.Ergün/ Azərbaycanın "Gənclərbirliyi" futbol klubunun azarkeşləri və idman ictimaiyyətinin nümayəndələri komandanın növbəti mövsümdə Premyer-Liqada mübarizə aparması üçün şərait yaradılması ilə bağlı Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) prezidenti Rövnəq Abdullayevə müraciət ediblər. Bu barədə cümə axşamı Trend -a klubun mətbuat xidməti məlumat verib.
Trend -un arayışı: "Gənclərbirliyi" klubu Azərbaycanın futbol üzrə Premyer-Liqasının sonuncu mövsümünü 13-cü sırada başa vuraraq, birinci diviziona düşüb. Sumqayıt şəhərini təmsil edən komandanın Premyer-Liqada yox, birinci divizionda mübarizə aparacağı halda, fəaliyyətini dayandıracağı gözlənilir.
"Gənclərbirliyi" klubunun azarkeşləri AFFA prezidentinə müraciətlərində Gəncə və Mingəçevir şəhərlərini təmsil edən komandaların da birbaşa Premyer-Liqaya buraxılmasını xahiş ediblər.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]