Azərbaycan, Bakı, 10 iyun /TrendLife müx. Eldar Hüseynzadə/
İyunun 19-dan 21-nə kimi Pekində Beijing International Tourism Expo (BITE) - 2008 adlı sərgi keçiriləcək. Həmin sərgidə azərbaycanın turizm potensialı da iştirak edəcək. Mədəniyyət və turizm nazirliyinin əməkdaşı Zöhrə Əliyevanın TrendLife-a verdiyi məlumata görə, sərgidə Azərbaycan haqqında geniş informasiyalar, ölkəmizin təbiəti, mehmanxanaları təqdim olunacaq. BITE-2008 sərgisi 2004-cü ildən hər il Pekinin sərgi mərkəzində təşkil olunur. Hər il Pekinə 80 million turist gəlir. Keçən il sərgidə 46 ölkənin 800 şirkəti iştirak edib.