...

Azərbaycanın "Olimpik" klubu "Simurq"un oyunçusunu transfer edir

Cəmiyyət Materials 11 İyun 2008 16:47 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 iyun / Trend , müxbir R.Ergün/ Azərbaycanın futbol üzrə Premyer-Liqasının gümüş mükafatçısı "Olimpik" klubu "Simurq" komandasının futbolçusu Elnur Məmmədovla transfer danışıqlarına başlayıb. Bu barədə çərşənbə günü Trend-News-a "Simurq" klubuna yaxın mənbələr məlumat verib.

"Olimpik" Məmmədovdan əvvəl "Turan"dan Vüsal Qarayev, "Karvan"dan Bəşir Müqədi və "Neftçi" klubundan Ramin Quliyevi sıralarına qatıb.

"Olimpik" Azərbaycan Premyer-Liqasının sonuncu mövsümündə çempion olmaq şansını, son turda "Qarabağ" klubu ilə oyunda məğlub olaraq, əldən verib.

Komanda UEFA kuboku və növbəti mövsüm hazırlıqlarına iyunun 13-də Bakıda başlayacaq.

"Olimpik"in baş məşqçisi Əsgər Abdullayevdir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti