...

Aygün Şükürova "KurtlarVadisi"nin qəhrəmanları ilə bir araya gələcək

Cəmiyyət Materials 12 İyun 2008 10:57 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 iyun /TrendLife müx. Günel Əhmədova

Türkiyənin "Popstar-Alaturka" yarışmasında 4-cülüyə sahib çıxan azərbaycanlı müğənni Aygün Şükürovahəm toy tədarükünə hazırlaşır, həm də yaradıcılığının yeni qollarıbarədə düşünür. Müğənninin TrendLife-a bildirdiyinə görə, toy hazırlıqları artıq başlayıb. Avqustun 25-də rejissor Kənan M.M-lə nigah masasına əyləşməyə hazırlaşan A.Şükürova buna qədər Türkiyəyə sıx yaradıcılıq səfərlərinin olacağını bildirdi.

Musiqi yarışmasından sonra türkiyəlilərdən təkliflə alan müğənni onları dəyərləndirməyi düşünərək, sənətdə yeni səhifəsini açır. Xatırladaq ki, müğənninin bir müddət öncəyə olan açıqlamasında qonşu ölkədə seriala çəkiləcəyini bəyan etmişdi. Onun səfəri də bu xəbəri realaşdırmasına xidmət edəcək. Müğənninin əlavəsinə görə, yaxın günlərdə o, "Kurtlar Vadisi"nin qəhrəmanları ilə bir səhnəni bölüşəcək. Onun hələ 3 ay öncə aldığı təklif özünü indi doğrultmağa başlayıb. Müğənninin əlavəsinə görə, bu dəfəki səfərdə hələ ki, sınaq çəkilişləri reallaşacaq. O, rola təsdiq olunsa, sentyabrda çəkilişləri başlayacaq bölümlərdə iştirak edəcək. Müğənni nişanlısının onun yaradıcılığına dəstək olduğunu bildirməklə yanaşı, çəkilişlərdə yanındaolacağını istisna etmədi. Aygün Şükürova eyni zamanda Türkiyə kinematoqrafçıları tərəfindən daha iki filmin çəkilişlərinə dəvət alıb. Bunların nə vaxt reallaşacağı isə hələ dəqiq deyil.

Xəbər lenti

Xəbər lenti