...

Rüstəm İbrahimbəyov özü imtahan götürəcək

Cəmiyyət Materials 19 İyun 2008 11:08 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 iyun /TrendLife müx. Eldar Hüseynzadə/

Kinematoqrafçılar İttifaqının sədri Rüstəm İbrahimbəyov şəxsən özü Beynəlxalq kino məktəbinin kino aktyorluq şöbəsinə keçən hər bir gəncdən imtahan götürəcək. Bu işdə ona Şəfiqə Məmmədova və Fuad Poladov köməklik göstərəcək. Məlumatı TrendLife-a məktəbin direktoru Cəmil Quliyev xəbər verib. Aktyor seçimi iyulun1-dən sentyabrın ortalarına kimi davam edəcək. İmtahanlarda Russiyadan olan müəllimlərin də iştirakı gözlənilir. Kino aktoyrluq şöbəsinə ali təhsili olmayan 16-25 yaşına kimi olan gənclər sənədlərini təqdim edə bilərlər. Seçimdə şer oxumaq, etüd göstərmək mütləqdir. Dərslər həm rus, həm də azərbaycan dilində keçiriləcək.

Xəbər lenti

Xəbər lenti