...

Şəmkirdə dünyanın bir çox ölkələrinin alimləri toplanacaq

Cəmiyyət Materials 25 İyun 2008 14:45 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 iyun /TrendLife müx. Eldar Hüseynzadə/

Sentyabrda Şəmkirdə "Qafqaz: arxeologiya və etnoqrafiya" adlı onuncu beynəlxalq konfrans keçiriləcək. Bu haqda TrendLife-a Azərbaycan Milli Elmlər Akademiyası institutunun arxeologiya və etnoqrafiya şöbəsinin müdiri, tarix elmlər doktoru Tarix Dostiyev xəbər verib. Hər il bu konfrans Qafqaz ölkələrində keçirilir. Bu sırada Azərbaycan, Gürcüstan, Dağıstan, Ermənistanın adını çəkmək olar. Bu il isə həmin konfrans Şəmkirdə təşkil olunacaq. Axı, son illər məhz orda arxeoloji qazıntılar fəal şəkildə aparılır. Konfransda dünyanın bir çox ölkələrinin: Gürcüstan, Dağıstan, Türkiyə, Rusiya, Fransa, Almaniya və əlbəttəki, Azərbaycandan olan alimlər toplanacaq.

Xəbər lenti

Xəbər lenti