...

Azərbaycanın "Xəzər-Lənkəran" futbol klubu transferə çıxardığı futbolçuları geri qaytara bilər

Cəmiyyət Materials 25 İyun 2008 16:07 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 iyun / Trend , müxbir R.Ergün/Azərbaycanın "Xəzər-Lənkəran" futbol klubu bir müddət əvvəl transferə çıxardığı Yakuba Bamba ilə Mahir Şükürovu geri qaytara bilər. Bu barədə Trend -a klubun mətbuat xidməti məlumat verib.

"Xəzər-Lənkəran" klubu Bamba və Şükürovla yanaşı, Nadir Nəbiyev ilə Roberto Santosu da transferə çıxarmışdı. Klubun mətbuat xidmətinin verdiyi məlumata görə, "Xəzər-Lənkəran"ın məşqçilər heyəti Yunanıstanda keçiriləcək təlim-məşq toplanışına Bamba və Şükürovun da aparılmasını məqsədəuyğun sayıb. Digər iki futbolçu isə, Azərbaycanda qalıb özlərinə yeni klub tapmağa çalışacaqlar.

Azərbaycan kuboku uğrunda yarışın qalibi kimi UEFA kubokunda iştirak etmək hüququ qazanan "Xəzər-Lənkəran"ın Yunanıstanda və Avstriyadakı təlim-məşq toplanışları zamanı iki-üç legioner futbolçunun baxışdan keçiriləcəyi gözlənilir.

"Xəzər-Lənkəran" klubunun baş məşqçisi "Şöhrət" ordenli Ağasəlim Mircavadovdur.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti