...

Şou-biznes nümayəndələrinin savad kursu keçmələrinə ehtiyac var – rejissor Aqil M.Quliyev

Cəmiyyət Materials 28 İyun 2008 11:02 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 iyun /TrendLife müx. Günel Əhmədova

Hələ bir müddət əvvəl fəaliyyətinin hesabatını təqdim etməyə hazırlaşan rejissor Aqil M.Quliyevin bu niyyəti gerçək həllini tapmayıb. O, rəhbəri olduğu şirkətin bir il ərzində istehsal etdiyi video məhsulların hamısını - kliplər, reklamlar, tərcümə olunmuş filmlər və s. göstərməyi qarşısına məqsəd qoyub.

Reklam sahəsinə çalışmağın bu günkü gündə onun üçün daha asan olduğunu TrendLife-a deyən rejissor bu fikri şou-biznes nümayəndələri ilə əməkdaşlığına şamil etmək istəmədi:

"Düşünürəm ki, bu gün müğənnilər, modellərə aktyorluq kursları təşkil olunmalıdır. Bizdə bizneslə şou-biznesi bir az düzgün təqdim etmədikləri üçün tamaşaçının şüurundan uzaq və çox bədbin bir görüntü var. Bu insanlar əvvəlcə peşəkarcasına danışmağı öyrənib, bildiklərini düzgün şəkildə tələffüz etməyi bilməlidirlər. Onlar hələ də kamera qarşısında özlərini rahat hiss etmirlər".

Rejissorun qənaətinə görə, şou-biznesdə fəaliyyət göstərən insanların təxminən 20 faizi kamera qarşısında özlərini itirmirlər. Bu da savad hesabınadır: "Qalanlarında isə istedad var, savad yox. Hər bir insan, o cümlədən oxuyan, rəqs eləyən, səhnəyə çıxan hər kəs cümlə qurmağı bacarmalıdır. Cümlənin başlanğıcı, ortası və axırı olmalıdır. Lakin bir çoxlarında bu, yarımçıq qalır. Mənə elə gəlir ki, Azərbaycan şou-biznesində olanlara savad kursları keçməyə ehtiyac var".

Xəbər lenti

Xəbər lenti