...

Əməkdar artist Bilal Əliyev Kaliforniyaya gedir

Cəmiyyət Materials 1 İyul 2008 15:14 (UTC +04:00)

Azərbaycan, Bakı, 1 iyul /müx.TrendLife Şahin Cavadsoy/

Muğam ifaçısı, əməkdar artist Bilal Əliyev yenə də okeanın o tayına səfər etmək məqsədi ilə tədarük görür.Rəşid Behbudov adına Mahnı Teatrının solisti olan müğənninin sözlərinə görə, təxminən 15 gündən sonra ABŞ-ın Kaliforniya ştatına yola düşəcək: "Amerikanın bir çox ştatlarında mənim pərəstişkarlarım yğaşayır. Demək olar ki, hər yay onlarla görüşə gedirəm. Səfərim iki məqsəd daşıyır, həm istirahət, həm də konsert proqramı ilə çıxış etmək. Çox güman ki, Kaliforniyadan qayıtdıqdan sonra qonşu dövlətlərin birinə solisti olduğum teatrın kollektivi ilə birgə səfər edəcəyəm. Tarix dəqiqləşmədiyindən konkret gün söyləyə bilmərəm". Söz yaradıcılığındakı yeniliklərdən düşəndə isə Bilal müəllim bu cür cavab verdi: "Müğənninin yaradıcılığındakı yenilik, ancaq konsertlərdən ibarət olmalıdır. Lakin mən konsert vermək barəsində hələ düşünmürəm. Çünki, Heydər Əliyev adına Sarayın təmirdən çıxmasını gözləyirəm. Allah qoysa, payız aylarında bu məkanda konsert vermək nəsibim olar".

Xəbər lenti

Xəbər lenti