...

UEFA prezidenti Azərbaycana səfər edəcək

Cəmiyyət Materials 1 İyul 2008 15:36 (UTC +04:00)
UEFA prezidenti Azərbaycana səfər edəcək

Azərbaycan, Bakı, 01 iyul / Trend , müxbir R.Ergün/ UEFA prezidenti Mişel Platini iyulun 5-dəAzərbaycana səfər edəcək. Bu barədə Trend -a Azərbaycan Futbol Federasiyaları Assosiasiyasından (AFFA) məlumat verilib.

UEFA prezidenti Bakıda AFFA prezidenti Rövnəq Abdullayev ilə danışıqlar aparacaq. Görüş zamanı ona Azərbaycanda futbolun inkişaf səviyyəsi üzrə vəziyyət barədə məlumat veriləcək. Tərəflər Azərbaycanda UEFA ilə birgə həyata keçiriləcək layihələri müzakirə edəcəklər. Nümayəndə heyətinə təşkilatın Baş katibi Devid Teylor və onun digər nümayəndələri də daxildir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: trend

Xəbər lenti

Xəbər lenti