...

Azərbaycanın "Olimpik" futbol klubu təlim-məşq toplanışını Gürcüstanda keçirəcək

Cəmiyyət Materials 5 İyul 2008 12:51 (UTC +04:00)

Azərbaycan, Bakı, 05 iyul / Trend , müxbir R.Ergün/ Azərbaycanın futbol üzrə Premyer-Liqasının gümüş mükafatçısı "Olimpik" klubu təlim-məşq toplanışını Gürcüstanda keçirəcək. Bu barədə şənbə günü Trend -a klubun mətbuat katibi Eldəniz Yusifov məlumat verib.

Onun sözlərinə görə, iyulun 6 -11-i ərəfəsində "Olimpik" Gürcüstanın iki klubu ilə yoxlama görüşləri keçirəcək. İyulun 7-də Gürcüstanın "Ameri", iyulun 9-da "Olimpi" klubları ilə qarşılaşacaq "Olimpik" klubu təlim-məşq toplanışında Bolqarıstan və Braziliyadan olan 2 hücümçunu yoxlamadan keçirəcək.

Təlim-məşq toplanışından sonra "Olimpik" UEFA Kubokunun ilk oyununu keçirmək üçün iyulun 15-də Serbiyaya yola düşəcək.

"Olimpik" iyunun 17-də Serbiyanın "Voyvodina" komandası ilə qarşılaşacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti