...

Azərbaycanın futbol üzrə yığma komandası Rumıniya klubunu məğlub edib

Cəmiyyət Materials 9 İyul 2008 15:45 (UTC +04:00)

Azərbaycan, Bakı, 09 iyul / Trend , müxbir R.Ergün/Azərbaycanın 17 yaşlı futbolçulardan ibarət yığma komandası Avstriyanın Vels şəhərində keçirilən "Yuxarı Avstriya kuboku" turnirində növbəti qələbəsini qazanıb. Bu barədə çərşənbə günü Trend -a Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) mətbuat xidməti məlumat verib.

Rumıniyanın "Braşov" klubu ilə qarşılaşan Azərbaycan futbolçuları 2:0 hesabı ilə qələbə qazanıblar.

Bu, Azərbaycan yığmasının "Yuxarı Avstriya kuboku" turnirində keçirdiyi üçüncü oyun olub. İtaliyanın "Korlo" (5:2) və Macarıstanın "Qrund" (5:0) klubları ilə görüşlərdə də azərbaycanlı futbolçular qələbə qazanıblar.

Azərbaycan yığma komandasının baş məşqçisi almaniyalı Bernhard Lippertdir.

Xəbər lenti

Xəbər lenti