...

Azərbaycanlı müğənni Elçin Əzizov Moskvada Böyük Teatrın solisti oldu

Cəmiyyət Materials 14 İyul 2008 11:28 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 iyul /TrendLife müxbir Eldar Hüseynzadə/

Moskvada Böyük Teatrın direktoru A. İksanov Elçin Əzizovun bu teatrın truppasında solist olmaq üçün əmr imzalayıb. Bu haqda TrendLife-a opera müğənnisi özü xəbər verib. Beləliklə o, Rusiyanın Dövlət Akademik Böyük Teatrının ilk azərbaycanlı solisti olub. "Bir neçə ay müddətində mən iddiaçılar arasında seçim mərhələsindən keçdim. Nəticədə uğur mənə nəsib oldu",- deyən E. Əzizov TrendLife-a bildirib.

Sentyabr ayından etibarən müğənnin intensiv məşqləri başlayacaq. Yeni mövsümdə o, bir neçə tamaşanı birdən oxuyacaq. Xatırladaq ki, son iki ildə Elçin Əzizov Qalina Vişnevskayanın yanında təhsil alıb. Bundan əlavə o, bir neçə beynəlxalq vokal müsabiqələrin və festivalların laureatıdır.

Xəbər lenti

Xəbər lenti