...

Müğənni Tural Əliyev yeni mahnı üzərində işləyir

Cəmiyyət Materials 14 İyul 2008 12:52 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 iyul /TrendLife müxbir Eldar Hüseynzadə/

Estrada müğənnisi Tural Əliyev müharibə haqqında çəkdirdiyi ilk klipindən sonra məhəbbət mövzusunda mahnı oxumaq qərarına gəlib. "Bəstəkar Rəhim Rəhimli bu yaxınlarda mənim üçün "Ürək oxuyur" adlı mahnı yazıb. Kompazisiya çox melodik və yüngüldür. Mahnın sözləri şair Aslana aiddir. Hazırda həmin kompazisiyanı yazdırıram ki, radio dalğalarında səslənsin. Avqustun sonuna qədər isə mahnıya klip də çəkdirəcəm",-deyən Tural TrendLife-a bildirib. Onun əvvəlki klipinin rejissoru Elşən olub. "Keçən dəfə klipimdə tanklar, atəş var idisə, indiki klipimdə royal, gözəl dekorasiya, musiqiçilər olacaq".

Xəbər lenti

Xəbər lenti