...

Güləş üzrə Avropa çempionatında azərbaycanlı idmançıların qazandıqları medalların sayı məlum olub

Cəmiyyət Materials 21 İyul 2008 14:45 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 iyul / Trend , müxbir R.Ergün/ Slovakiyanın Koşitse şəhərində güləş üzrə keçirilən Avropa çempionatında azərbaycanlı idmançılar ümumilikdə 11 medal qazanıblar. Bu barədə bazar ertəsi Trend -a Azərbaycan Güləş Federasiyasının (AGF) mətbuat xidməti məlumat verib.

Avropa çempionatında Azərbaycanı yunan-roma və sərbəst güləşçilərlə yanaşı, qadın idmançılar da təmsil ediblər.

Azərbaycanın qadın güləşçiləri Avropa çempionatında iki medal qazanıblar - bir qızıl və bir gümüş medal.

Yunan-roma güləşi üzrə mübarizə aparan azərbaycanlı idmançılar çempionatı iki qızıl, bir gümüş və bir bürünc medalla başa vurublar.

Azərbaycanlı sərbəst güləşçilərin qazandıqları beş medalın hamısı bürünc medallar olub.

Slovakiyada keçirilən Avropa çempionatı dünən gecə başa çatıb.

Xəbər lenti

Xəbər lenti