...

Doqquzillik təhsil bazasında Azərbaycan texnikumlarına doqquz mindən çox yer ayrılıb

Cəmiyyət Materials 1 Avqust 2008 12:16 (UTC +04:00)

Azərbaycan, Bakı, 01 avqust / Trend , müxbir C.Babayeva/ Doqquzillik təhsil bazasında Azərbaycan texnikumlarına doqquz mindən yuxarı plan yeri ayrılıb.

Doqquzillik orta təhsil bazasında Azərbaycan texnikumlarına 9452 plan yeri ayrılıb. Bu barədə cümə günü keçirilən brifinqdə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə məlumat verib.

Onun sözlərinə görə, sənəd qəbulu iyulun 31-də başa çatıb, texnikumlara təqribən 23 min abituriyent sənəd verib.

Abbaszadə bildirib ki, plan yerinin 5831-i pulsuz əsasda, 3565-i pulu əsasda ayrılıb. Yerlərin 56 -sı özəl təhsil müəssisələrinə ayrılıb.

Qəbul imtahanları avqustun son dekadasında ölkənin müxtəlif bölgələrində keçiriləcək. TQDK-nın sədri bildirib ki, abituriyentlər Azərbaycan dili, tarix və riyaziyyat fənləri üzrə imtahan verəcəklər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: trend

Xəbər lenti

Xəbər lenti