...

Azərbaycanın "Xəzər-Lənkəran" klubunun baş məşqçisi istefa verib

Cəmiyyət Materials 1 Avqust 2008 13:28 (UTC +04:00)
Azərbaycanın "Xəzər-Lənkəran" klubunun baş məşqçisi istefa verib

Azərbaycan, Bakı, 01 avqust / Trend , müxbir R.Ergün/ Azərbaycanın "Xəzər-Lənkəran" klubunun baş məşqçisi Ağasəlim Mircavadov istefa verib. Bu barədə cümə günü Trend -a baş məşqçinin özü bildirib.

"Lex"lə oyundan sonra, elə Polşada istefa ərizəmi yazdım. Heç kimdən inciməmişəm və "Xəzər-Lənkəran" rəhbərliyinə də hər şeyə görə minnətdarlığımı bildirirəm", - baş məşqçi deyib.

"Xəzər-Lənkəran" Mircavadovun rəhbərliyi altında sonuncu futbol mövsümündə Azərbaycan kubokunu qazanıb. Komandanın UEFA kubokunda Polşanın "Lex" klubu ilə keçirdiyi oyunlarda məğlub olması (0:1, 1:4), Mircavadovun istefa verməsinə səbəb olub.

"Şöhrət" ordenli məşqçi "Xəzər-Lənkəran"da baş məşqçi kimi iki il fəaliyyət göstərib.

Mircavadovu baş məşqçi vəzifəsində "Xəzər-Lənkəran"ın və Türkiyə yığma komandasının keçmiş futbolçusu Oktay Dərəlioğlunun əvəz edəcəyi gözlənilir.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti