...

Azərbaycanda qətlə yetirilən bacıların məhkəməsi başlayıb

Cəmiyyət Materials 11 Avqust 2008 13:05 (UTC +04:00)

Azərbaycan, Xaçmaz,11 avqust / Trend , müxbir A.Qafarov / Dəvəçi rayon məhkəməsində hakim Əhməd Quliyevin sədrliyi ilə bu gün Nailə və Reyhan Məcidovaların qətli ilə bağlı məhkəmə prosesi keçirilib.

Trend -un bölgə müxbirinin verdiyi məlumata görə, qızların atası Zamir Məcidov məhkəmənin tanışlıq xarakteri daşıdığını bildirib. O, özünün və vəkilinin işlə tanış olmadığı üçün məhkəmənin avqustun 21-nə təxirə salındığını deyib.

Dəvəçi rayonunun Dağ Bilici kənd sakinləri, 15 yaşlı Nailə və 8 yaşlı Reyhanə Məcidova bacıları 2007-ci ilin avqustun 6-da itkin düşüblər. Avqustun 9-da Nailənin meyiti Samur-Abşeron kanalından tapılsa da, Reyhanənin meyitinin axtarışları nəticəsiz qalıb. 2007-ci il noyabrın 27-də Nailənin cəsədi ekskumasiya olunub ve cəsəddən götürülən nümunələr analizin aparılması üçün Moskvaya göndərilib. Bacıların qətlində şübhəli bilinən Dəvəçi rayon sakini Təvəkkül İsmayılov və onun qardaşı həbs ediliblər.

Qardaşlar bu gün məhkəməyə gətirilərkən xüsüsi mühafizə ilə təmin olunublar.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti