Azərbaycan, Bakı, 12 avqust / Trend / Azərbaycanın yunan-roma üzrə güləşçisi Rövşən Bayramov ( 55 kq) yarımfinalda erməni idmançısı Roman Amoyana 7:2, 4:1 hesabı ilə qalib gəlib. Bayramov bu qələbəsilə də finala çıxaraq özünü medal ilə təmin edib. Güləşçimiz bunadək misirli Mustafa Muhammədi 4:0, 8:0, daha sonra isə kubalı Yaqner Ernandesi 4:0, 1:2, 4:0 hesabı ilə məğlub edib.
Digər yunan-roma üzrə idmançımız Vitali Rəhimov ( 60 kq) erməni mənşəli bolqar güləşçi Armen Nazaryan üzərində 0:2, 3:0, 7:0 hesablı qələbə qazanaraq yarımfinala çıxıb. Rəhimov bunadək çinli Jan Şeen ilə ilk görüşdə - 3:1, 2:0 hesablı qələbə qazanıb. Daha sonra o, rumıniyalı Eusebio Daçianu üzərində çətinliklə 1:1, 0:3, 4:2 hesablı qələbə əldə edib.