...

Sponsorlar Azərbaycanın "Kəpəz" futbol klubuna yaxın durmaq istəmirlər – PFL-in prezidenti

Cəmiyyət Materials 18 Avqust 2008 11:26 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 avqust / Trend , müxbir R.Ergün/ Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) Gəncənin "Kəpəz" klubuna sponsor tapmaqda kömək etməyəcək. "Hazırda heç bir sponsor "Kəpəz" klubuna yaxın durmaq istəmir. AFFA bu məsələdə "Kəpəz"ə kömək etməyi heç cür öz üzərinə götürə bilməz. Belə olarsa, başqa klublar da AFFA-dan maliyyə köməyi istəyəcək. Federasiyanın elə bir imkanı yoxdur ki, 4-5 klubu maliyyələşdirsin", bazar ertəsi Trend -a Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev deyib.

Trend -un arayışı: "Kəpəz" klubu maliyyə problemləri üzündən 2002-ci ildə fəaliyyətini dayandırmışdı. Bir müddət əvvəl AFFA-nın prezidenti Rövnəq Abdullayev kluba Gəncədəki "Azəralmünium" şirkətinin sponsorluq edəcəyini və "Kəpəz"in birinci liqada mübarizə aparacağını bildirmişdi.

"Kəpəz"in keçmiş baş məşqçisi Mehman Allahverdiyev isə bildirib ki, maliyyə problemləri həll olumadığı üçün komanda məşqlərə başlaya bilmir: "Bizə deyirlər ki, birinci liqada iştirak edəcəksiz. Amma hələ ortada konkret bir şey yoxdur".

Azərbaycan çempionatının birinci liqasının oyunlarının bu il sentyabr ayının əvvəlində başlayacağı gözlənilir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti