...

Olimpiadada çıxış edən azərbaycanlı güləşçi məğlub olub

Cəmiyyət Materials 19 Avqust 2008 15:57 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 avqust / Trend , müxbir R.Ergün/ Azərbaycanlı sərbəst güləşçi Zəlimxan Hüseynov Pekin Olimpiadasında məğlub olmaqla mübarizəni dayandırıb.

Olimpiadanın bürünc medalını qazanmaq şansı olan Hüseynov iranlı güləşçiyə məğlub olub.

Azərbaycanı Olimpiadada sərbəst güləş növündə təmsil edən Hüseynov 60 kq çəki dərəcəsində mübarizə aparıb.

Hazırda Azərbaycan medallarının sayına görə Olimpiada iştirakçıları arasında 31-ci yeri tutur.

Azərbaycanlı idmançılar bu günədək beş medal qazanıblar - 1 qızıl, 2 gümüş və 2 bürünc.

Xəbər lenti

Xəbər lenti