...

Azərbaycanlı taekvondoçu Olimpiadanın yarımfinalında məğlub olub

Cəmiyyət Materials 22 Avqust 2008 15:18 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 avqust / Trend , müxbir R.Ergün/ Azərbaycanlı taekvondoçu Rəşad Əhmədov Pekin Olimpiadasının yarımfinal görüşündə məğlub olub.

İranlı idmançı ilə qarşılaşan Rəşad 1:4 hesabı ilə məğlub olmaqla, qızıl və gümüş medallar uğrunda mübarizə aparmaq şansını itirib. Əhmədov bundan sonra bürünc medal uğrunda təsəlliverici görüşdə iştirak edə bilər.

Azərbaycan taekvondoçusu yarımfinal mərhələsinə kimi Qətəri və Kanadanı təmsil edən idmançılar üzərində qələbə qazanmışdı.

Hazırda Azərbaycanın hesabında yeddi olimpiya medalı var. Bunlardan biri qızıl, ikisi gümüş, dördü isə bürünc medaldır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti