Azərbaycan, Bakı, 22 avqust / Trend , müxbir R.Ergün/ Azərbaycanlı taekvondoçu Rəşad Əhmədov Pekin Olimpiadasında bürünc medal qazanmaq şansını itirib. Bu, ABŞ idmançısı ilə görüşdən sonra məlum olub.
Əhmədov görüşün son saniyələrində rəqibinin vurduğu həlledici zərbədən sonra məğlub olub. Azərbaycanlı idmançı 80 kq çəki dərəcəsində mübarizə aparıb.
Hazırda Azərbaycanın hesabında yeddi Olimpiya medalı var. Bunlardan biri qızıl, ikisi gümüş, dördü isə bürünc medaldır.
Azərbaycan medalların sayına görə, Olimpiada iştirakçıları sırasında 35 -ci yerdədir.