...

Azər­bay­can­da Elan və Rek­lam Şu­ra­sı ya­ra­dı­la bi­lər

Cəmiyyət Materials 29 Avqust 2008 20:06 (UTC +04:00)
Azər­bay­can­da Elan və Rek­lam Şu­ra­sı ya­ra­dı­la bi­lər

Azərbaycan, Bakı, 29 avqust / Trend , müxbir E. Babayev/ A­zər­bay­can­da Elan və Rek­lam Şu­ra­sı ya­ra­dı­la bi­lər. Cü­mə gü­nü Trend ­-a Mətbuat Şu­ra­sın­dan ve­ri­lən mə­lu­ma­ta gö­rə, bu mə­sə­lə ha­zır­da Tür­ki­yə­də sə­fər­də olan qu­ru­mun İda­rə He­yə­ti­nin ke­çir­di­yi gö­rüş­lər­də mü­za­ki­rə möv­zu­su olub.

Av­qus­tun 26-­da Mətbuat Şu­ra­sı­nın İda­rə He­yə­ti­nin bir qrup üz­vü Tür­ki­yə­yə beş­gün­lük sə­fər edib.

­Cü­mə gü­nü Azər­bay­ca­nın me­dia təm­sil­çi­lə­ri­nin ke­çir­di­yi gö­rüş­lər­də mətbua­tı­mı­zın rek­lam ba­za­rı­nın in­ki­şa­fı diq­qət mər­kə­zin­də olub.

­Me­dia Elan­lar Şu­ra­sı­nın (MEŞ) Baş di­rek­to­ru­nun müa­vi­ni Beh­zat Er­do­ğan Mətbuat Şu­ra­sı­nın təm­sil­çi­lə­ri­nə bil­di­rib ki, qu­rum 1961-­ci il­də gün­də­lik qə­zet­lə­rə ic­ti­mai-­si­ya­si sta­tu­sun­dan və orien­ta­si­ya­sın­dan ası­lı ol­may­raq, mad­di dəs­tək məq­sə­di­lə ya­ra­dı­lıb. Şu­ra Tür­ki­yə­nin xü­su­si qa­nu­nu ilə təs­diq olu­nub. Elan və rek­la­mın pay­lan­ma­sın­da ob­yek­tiv­lik və şəf­faf­lı­ğı MEŞ İda­rə He­yə­ti tə­min edir. O vur­ğu­la­yıb ki, İda­rə He­yə­ti­nə müx­tə­lif nəş­riy­yat­la­rın jur­na­list­lə­ri, el­mi dai­rə­lər­dən və hö­ku­mət­dən hər bi­rin­dən 12 nü­ma­yən­də da­xil­dir. MEŞ haq­qın­da Qa­nu­na əsa­sən, bü­tün döv­lət qu­rum­la­rı mətbuat­da elan və rek­la­mı yal­nız bu qu­rum va­si­tə­si­lə yer­ləş­dir­mə­li­dir­lər.Er­do­ğan elan-­rek­lam yer­ləş­di­ril­mə­si­nin həc­mi­nin pul­la ifa­də olun­ma­sı­nın qa­nun­la təs­diq edil­miş xü­su­si me­tod­lar üz­rə hə­ya­ta ke­çi­ril­di­yi­ni bil­di­rib. Bu za­man qə­zet­lə­rin sa­tış həc­mi (for­mal ti­raj yox), həm­çi­nin, qə­ze­tin ya­yım area­lı (öl­kə üz­rə və ya ay­rı­ca re­gion­da) nə­zə­rə alı­nır. Am­ma qə­ze­tin ti­ra­jı­nın gün­də 5 min­dən, əmək­daş­la­rın sa­yı­nın isə 12 nə­fər­dən az ol­ma­ma­sı müt­ləq tə­ləb­dir. Onun söz­lə­ri­nə gö­rə, ha­zır­da Tür­ki­yə­də 30 ümum­mil­li qə­zet və çox say­da yer­li gün­də­lik qə­zet­lər be­lə dəs­tək­dən ya­rar­la­nır. ­Mü­za­ki­rə­lər za­ma­nı Er­do­ğan Tür­ki­yə təc­rü­bə­si­nin  Azər­bay­can mü­hi­ti­nə ta­ma­mi­lə tət­bi­qi­nin müm­kün­süz­lü­yü­nü de­yib. O fik­ri­ni onun­la izah edib ki, hər bir öl­kə­də spe­si­fik cə­hət­lə­r var və on­lar müt­ləq nə­zə­rə alın­ma­lı­dır. Bu­nun­la be­lə o, MEŞ­-in Azər­bay­can­da Elan və Rek­lam Şu­ra­sı­nın ya­ra­dıl­ma­sı­na yar­dım gös­tər­mə­yə ha­zır ol­du­ğu­nu vur­ğu­la­yıb.



Xəbər lenti

Xəbər lenti