...

Azərbaycan və Lixtenşteyn futbol üzrə yığmaları oyunu heç-heçə başa vurdular

Cəmiyyət Materials 11 Sentyabr 2008 10:33 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 sentyabr/ Trend / Tofiq Bəhrəmov adına Respublika stadionunda Azərbaycan və Lixtenşteyn futbol üzrə yığmaları arasında oyun keçirilmişdir.

Azərbaycan yığma komandasının tərkibi - Kamran Ağayev, Saşa Yunisoğlu, Elmar Baxşiev, Mahmud Qurbanov, Aleksandr Çertoqanov, Samir Abbasov, Rəşad Sadıxov, Vaqif Cavadov, Elvin Məmmədov, Branimir Subaşiç.

Lixtenşteyn yığma komandasının tərkibi - Peter Yexle, Marko Ritçberqer, Fabio Delia, Bendjamin Fişer, Daniel Frik, Franç Burqmeyer, Martin Buşel, Matias Kristen, Mişel Palverino.

Oyenun birinci dəqiqələrində Azərbaycan yığmasının oyunçuları rəqibin qapıları qarşısında təhlükəli vəziyyət yaratdılar.

20-ci dəqiqədə Azərbaycan yığmasının oyunçusu Branimir Subaşiç oyunda hesabı açmaq şansını əldən Verdi.

Oyunun birinci yarsı heç-heçə ilə başa çatdı.

Hər iki komandanın oyunçularının hücumlarına baxmayaraq oyunda hesabı açmaq alınmadı.

Oyun 0:0 hesabı ilə başa çatdı.

Məqalə müəllifi ilə əlaqə ynvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti