...

Azərbaycanın "Araz" futzal klubunun baş məşqçisi UEFA kubokundakı rəqibi güclü saymır

Cəmiyyət Materials 12 Sentyabr 2008 13:03 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 sentyabr / Trend , müxbir R.Ergün/ Azərbaycanın "Araz" futzal komandasının baş məşqçisi Böyükağa Hacıyev hesab edir ki, bu gün UEFA kubokunun əsas mərhələsində oynayacaqları Bolqarıstanın "Nadin" klubu elə də güclü deyil.

"UEFA kubokunun əsas mərhələsində zəif komanda olmur. Amma buna baxmayaraq, hesab edirəm ki, Bolqarıstan klubu dünən məğlub etdiyimiz İsveçin "Şkövde" komandasından daha zəifdir", - cümə günü Trend -a Hacıyev deyib.

"Araz" dünən UEFA kubokunun əsas mərhələsində ilk oyununu İsveçin "Şkövde" klubuna qarşı keçirərək, 11:2 hesabı ilə qələbə qazanıb.

Futzal üzrə UEFA kubokunda "Araz"ın çıxış etdiyi qrupun oyunları Bakı İdman Sarayında keçirilir.

Baş məşqçi bildirib ki, "Nadin"lə görüşdə böyük hesabla qələbə qazanmaq elə də vacib deyil.

"Əsas odur ki, bu oyunda istədiyimiz nəticəyə nail olub UEFA kubokunun növbəti mərhələsinə vəsiqə qazanaq. "Nadin"lə görüşdə bizi kiçik hesablı qələbə də qane edəcək", - deyə Hacıyev əlavə edib.

"Araz"la "Nadin" arasındakı oyun saat 21.00-da başlayacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti