Azərbaycan, Bərdə 19 sentyabr / Trend , Ş.Cəliloğlu/ Azərbaycanın Ağdam rayonunda məskunlaşan Laçın rayonunun sakini Qaraş Alxan oğlu Məhərrəmova 100 yaşı olması münasibətilə ölkə prezidentinin hədiyyə etdiyi "Oka" markalı avtomobil təqdim olunub.
Trend -un məlumatına görə, bu məqsədlə bu gün Ağdam rayonunda (paytaxt Bakıdan 380 kilometr sənub-qərbdə yerləşir) keçirilən tədbirdə rayonun icra başçısı Ramiz Cəbrayılov avtomobilin açarını Məhərrəmova təqdim edib
Məhərrəmov I qrup əlildir və Böyük Vətən Müharibəsi iştirakçısıdır.
Tədbirdə Məhərrəmova Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi televizor da hədiyyə edib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]