...

Məhkəmə Azərbaycanın müxalifyönlü partiya üzvlərinin şikayətini təmin etməyib

Cəmiyyət Materials 22 Sentyabr 2008 11:55 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 sentyabr / Trend , K.Zərbalıyeva/ Məhkəmə Müsavat Partiyasının bir qrup üzvünün  Bakı şəhər İcra Hakimiyyətinə qarşı şikayətini təmin etməyib.

Bakı Apellyasiya Məhkəməsində bazar ertəsi keçirilən prosesdə Səbail rayon məhkəməsinin 25 iyun tarixli qətnaməsinin qüvvədə saxlanılması barədə qərar qəbul edilib.

Partiya üzvləri Gülağa Aslanlı, Hüseyn Məlikov və Tofiq Yaqublu bu il mayın 6-da mitinq keçirmək üçün Bakı şəhər İcra hakimiyyətindən icazə alınması üçün müraciət ediblər.

İcra Hakimiyyəti isə müraciətdə qeyd olunan 5 ünvanda mitinq keçirilməsinə icazə verməyib və aksiya üçün Bibiheybətdə yerləşən stadionu məsləhət görüb.

Partiya üzvləri Sərbəst toplaşmaq və fikri ifadə etmək azadlığının pozulması ilə bağlı Bakının Səbail rayon məhkəməsinə müraciət ediblər.

Məhkəmə onların iddia tələbini təmin etməyib və Bakı şəhər İcra Hakimiyyətinin haqlı olduğunu bildirib.

İddiaçıların nümayəndəsi Nurlana Əliyeva bildirib ki, Apellyasiya Məhkəməsinin qərarından Ali Məhkəməyə şikayət verəcəklər.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan- [email protected]

Xəbər lenti

Xəbər lenti