...

Azərbaycanın otüstü hokkeyçiləri Ukraynada keçirilən turnirdə üçüncü yeri tutublar

Cəmiyyət Materials 22 Sentyabr 2008 13:00 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 sentyabr / Trend , müxbir R.Ergün/ Azərbaycanın kişilərdən ibarət otüstü hokkey üzrə yığma komandası Ukraynanın Linnitsa şəhərində keçirilən turnirdə üçüncü yeri tutub. Bu barədə Trend -a Azərbaycan Otüstü Hokkey Federasiyasının (AOHF) mətbuat xidməti məlumat verib.

Azərbaycan yığması turnirin iştirakçılarından Ukrayna və Polşaya məğlub olaraq, sonuncu oyunda Belarus üzərində 3:1 hesabı ilə qələbə qazanıb.

Mətbuat xidmətinin məlumatına görə, bu ilin sentyabr ayının 27-də həm kişilər, həm də qadınlar arasında otüstü hokkey üzrə Azərbaycan çempionatının ikinci dövrəsinin startı veriləcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti