...

Azərbaycanın sabiq səhiyyə nazirinin xüsusi ittihamı üzrə məhkəmə iclası keçirilib

Cəmiyyət Materials 24 Sentyabr 2008 11:55 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 sentyabr / Trend , K.Zərbalıyeva/ Bakının Yasamal rayon məhkəməsində sabiq səhiyyə naziri Əli İnsanovun iqtidar partiyasının sədr müavini Əli Əhmədova qarşı iddiası üzrə proses keçirilib.

Çərşənbə günü hakim Elçin Qurbanovun sədrliyi ilə keçirilən prosesdə cavabdeh tərəf işə xitam verilməsi barədə vəsatətlə çıxış edib.

Məhkəmə vəsatəti təmin etməyib.

Məhkəmə hökmü olmadan Yeni Azərbaycan Partiyasının sədr müavini və icraçı katibi Əhmədov sabiq naziri cinayətkar adlandırıb.

Bununla da şərəf və ləyaqətinin təhqir olunduğunu iddia edən İnsanov Əhmədovun təkzib verməsini və barəsində xüsusi ittiham qaydasında Cinayət Məcəlləsinin təhqir və böhtan maddələri ilə cinayət işinin açılmasını tələb edir.

Bu iddia tələbi ilə sabiq nazir ötən ilin aprelində məhkəməyə müraciət edib.

Məhkəmə prosesi oktyabrın 3-də davam etdiriləcək.

Dövlət çevrilişinə cəhd, kütləvi iğtişaşlara hazırlığa görə 2005-ci ilin oktyabrında həbs olunmuş sabiq səhiyyə naziri Insanov məhkəmənin hökmü ilə korrupsiya cinayətlərində təqsirli bilinərək əmlakı müsadirə olunmaqla 11 il azadlıqdan məhrum edilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti