...

Azərbaycan hökuməti universitetlərin paytaxtdan kənara köçürülməsini dəstəkləyib - təhsil naziri

Cəmiyyət Materials 2 Oktyabr 2008 11:32 (UTC +04:00)
Azərbaycan hökuməti universitetlərin paytaxtdan kənara köçürülməsini dəstəkləyib - təhsil naziri

Azərbaycan, Bakı, 02 oktyabr / Trend , müxbir İ.Əlizadə/ Azərbaycanın bir neçə universitetinin paytaxtın mərkəzindən kənara köçürülməsi planı var.

"Bakının kənarında tələbə şəhərciyinin salınması və eyni zamanda bir neçə üniversitetin paytaxtın kənarına köçürülməsi planları hökumət tərəfindən dəstəklənir və gələcəkdə həyata keçirilə bilər", - deyə təhsil naziri Misir Mərdanov cümə axşamı jurnalistlərə bildirib.

Trend -un arayışı: Azərbaycanın dövlət və özəl ali məktəbləri əsasən paytaxtın mərkəzində yerləşir.

Təhsil naziri həmçinin bildirib ki, xarici tələbələrin Azərbaycanda təhsil almaları üçün lazımi şərait yaradılmayıb. "Xarici tələbələrin həm təhsili, həm də yaşayışı üçün lazımi şərait yaradılmayıb. Onlar üçün nəzərdə tutulmuş yataqxanaların əksəriyyətində qaçqınlar məskunlaşıb. Təhsil Nazirliyi onları yataqxanadan çıxara bilməz", - deyə Mərdanov bildirib. Nazir Azərbaycanda təhsil alan xarici tələbələrin sayının artmamasının əsas səbəbinin bununla bağlı olduğunu bildirib.

Trend -un arayışı: Azərbaycanda 6500 xarici tələbə təhsil alır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti