...

Azərbaycanın Rusiyadakı səfirliyi millət vəkilinin oğlunun məhkəmə qərarından sonra tədbirlər görəcək

Cəmiyyət Materials 4 Oktyabr 2008 15:20 (UTC +04:00)

Azərbaycan, Bakı, 04 oktaybr / Trend müxbir C.Babayeva/ Azərbaycanın Rusiyadakı səfirliyi müxalif Ədalət Partiyasının sədri, millət vəkili İlyas İsmayılovun oğlu Etimad İsmayılovun məhkəmə prosesini nəzarətdə saxlayır.

"Səfirlik məhkəmənin qərarını gözləyir. Qərardan sonra səfirlik müəyyən tədbirlər görə bilər", Trend -a şənbə günü Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu bildirib.

Trend -un arayışı: Azərbaycanın millət vəkilinin oğlu Etimad İsmayılov martın 25 - dən 26 -na keçən gecə Bakıdan Moskvaya qayıdarkən Moskva aeroportunda Federal Təhlükəsizlik Xidmətinin (FTX) əməkdaşları tərəfindən həbs edilib. İsmayılova Rusiyanın Cinayət Məcəlləsinin 2 maddəsi ilə - dələduzluq və pul yığma maddələri ilə cinayət işi açılıb.

İsmayılovun vəkilləri bildirirlər ki, onun həbsinin sifarişçisi Çelyabinsk Vilayətinin rəhbərliyi olub. Çünki Çelyabinsk Vilayətinin rəhbərliyinin İsmayılovun rəhbərlik etdiyi şirkətə 1 mln. dollar dəyərində borcu olub. Borcun qaytarılmaması üçün həbs edilib.

Bülbüloğlu qeyd edib ki, səfirlik səlahiyyəti dairəsində məsələ ilə bağlı lazımi orqanlara müvafiq məktublar təqdim edib.

"İsmayılovun məhkəməsi ilə bağlı səfirliyin Moskvadakı konsulluğu da mütəmadi olaraq maraqlanır", deyə səfir əlavə edib.

Məqalə müəllifi ilə əlaqə saxlamaq üçün ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti