...

Futbol üzrə Azərbaycan yığmasının oyunlarının hakimləri müəyyən edilib

Cəmiyyət Materials 17 Oktyabr 2008 16:27 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 oktyabr / Trend , müxbir R.Ergün/ Azərbaycanın 19 yaşlı futbolçulardan ibarət yığma komandasının Avropa çempionatındakı (AÇ) oyunlarını idarə edəcək hakimlər məlum olub. Bu barədə Trend - a Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) mətbuat xidməti məlumat verib.

Azərbaycan yığmasının AÇ - dəki ilk oyununu - Şotlandiya ilə görüşü İsveçrədən olan hakimlər briqadası idarə edəcək. Bu oyun oktyabrın 20 - də, saat 17.30 - da başlanacaq.

Azərbaycan komandasının AÇ - nin seçmə mərhələsindəki digər iki oyununu - Macarıstan və San -Marino ilə görüşləri isə, İspaniyadan olan hakimlər idarə edəcəklər.

AÇ-nin qrup mərhələsinin oyunları oktyabrın 20 - də başlayacaq və beş gün davam edəcək.

Azərbaycan yığmasının çıxış etdiyi 1- ci qrupun oyunları Macarıstanda keçiriləcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti