...

Azərbaycanın opera müğənnisi Fidan Qasımova ənənəvi yaradıcılıqdan kənara çıxacaq

Cəmiyyət Materials 20 Oktyabr 2008 12:09 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 oktyabr/ Trend Life , müxbir E. Hüseynzadə/ SSRİ xalq artisti, Azərbaycanın məşhur opera müğənnisi Fidan Qasımova tanınmış hitlərin və bəzi qeyri-adi ifaların daxil olduğu yeni disk üzərində işləyir.

"Mən Şubertin "Ave Maria" kimi məşhur mahnısını oxuyacağam, lakin klassik formada deyil, daha sərbəst xüsusi versiyada. O, qeyri-adi temp və ritmdə səslənəcək", - bazar ertəsi Trend Life-a Qasımova bildirib.

Onun sözlərinə görə, pianoçu Emil Məmmədov ilə yazdığı alboma klassika ilə yüngül cazın sintez olunduğu mahnılar da daxil olacaq. "Mən ənənəvi yaradıcılıqdan kənara çıxmaq istəyirəm. Böyük məktəb keçmişəm, çıxışlar etmişəm və hesab edirəm ki, bu və ya digər kompozisiyaları təfsir etmək hüququm var", - deyə Qasımova əlavə edib.

Diskə Tofiq Quliyev, Niyazi, Səid Rüstəmov kimi görkəmli Azərbaycan bəstəkarların məşhur mahnıları daxil olacaq. Müğənni əmindir ki, həm gənc, həm də yaşlı nəsil dinləyiciləri onun yeni işinə layiqli qiymət verəcək.

SSRİ xalq artisti, SSRİ opera səhnəsinin parlaq ulduzlarından biri olan Qasımova Bakıda doğulub. Bül-Bül adına ixtisaslaşdırılmış musiqi məktəbini bitirdikdən sonra Üzeyir Hacıbəyov adına konservatoriyaya daxil olub, burada eyni zamanda iki fakultədə - vokal və skripka fakultələrində təhsil alıb. 1973-cü ildə Qasımova gənc vokalçıların Cenevrədə (İsveçrə) keçirilən beynəlxalq müsabiqəsində iştirak edib və gümüş medal qazanıb. 1974-cü ildə Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olub. Müğənni 1977-ci ildə İtaliyada keçirilən beynəlxalq müsabiqədə iştirak edərək qızıl medal qazanıb. Onun adı "Dünyanın 100 qadını" kitabına daxil edilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected] .

Xəbər lenti

Xəbər lenti