...

Futbol üzrə Azərbaycan yığması Avropa çempionatında keçirdiyi növbəti oyunda məğlub olub

Cəmiyyət Materials 23 Oktyabr 2008 11:00 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 oktyabr / Trend , müxbir R.Ergün/ Azərbaycanın futbol üzrə 19 yaşlılardan ibarət yığma komandası Avropa çempionatının seçmə mərhələsində keçirdiyi ikinci oyunda məğlub olub.

Azərbaycan millisi Macarıstanla görüşün son dəqiqələrində qapısından qol buraxmaqla 0:1 hesabı ilə məğlub olub.

Avropa çempionatının seçmə mərhələsində Azərbaycan yığmasının çıxış etdiyi qrupun oyunları Macarıstanda keçirilir.

Azərbaycan yığması seçmə mərhələdə ilk oyununu Şotlandiyaya qarşı keçirib və görüş 1:1 hesabı ilə başa çatıb.

Azərbaycan komandası qrupda sonuncu oyununu oktyabrın 25-də San-Marinoya qarşı keçirəcək.

Yığma komandanın baş məşqçisi Yaşar Vahabzadədir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti