...

Azərbaycan məhkəməsi "İdeal" qəzetinin baş redaktorunun həbsi barədə qərar qəbul edib

Cəmiyyət Materials 30 Oktyabr 2008 18:01 (UTC +04:00)
Azərbaycan məhkəməsi "İdeal" qəzetinin baş redaktorunun həbsi barədə qərar qəbul edib

Azərbaycan, Bakı 30 oktyabr / Trend , müxbir K.Zərbalıyeva/ Bakının Nəsimi rayon məhkəməsi "İdeal" qəzetinin baş redaktoru Nazim Quliyevin həbsi barədə qərar çıxarıb.

Nəsimi rayon məhkəməsindən cümə axşamı Trend - a verilən məlumata görə, baş redaktor barəsində həbs qərarı bir neçə gün əvvəl çıxarılıb və onun tutulması üçün axtarış elan edilib.

Baş redaktor barəsində qaldırılmış iddia üzrə keçirilən məhkəmə proseslərinə gəlmədiyindən, məhkəmə onun həbsi barədə qərar qəbul edib. Qərarı qəbul edən hakim Elman Əhmədov baş redaktorun həbsi barədə qərar qəbul etdiyini təsdiqləsə də, işin təfərrüatları barədə əlavə məlumat verməyib.

Azərbaycan Mətbuat Şurası bir neçə gün əvvəl "İdeal" qəzeti ilə bağlı Baş Prokurorluğa müraciət ünvanlayıb. "Azərittifaq"ın sədr müavini, Azəri -Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı və Qarabağ müharibəsi veteranı Səbirə Mahmudova "İdeal" qəzetində onların şərəf və ləyaqətinin təhqirinə yönələn yazıların dərc olunduğunu göstəriblər. "İdeal" qəzetinin baş redaktoru Nazim Quliyev əvvəllər bu hərəkətlərinə görə 2 dəfə cinayət məsuliyyətinə cəlb olunub.

Birinci dəfə 8 il müddətinə azadlıqdan məhrum edilən baş redaktor sonuncu dəfə ötən il noyabrın 6 - da  Respublika Baş Dövlət Yol Polisi İdarəsinin rəisi Ramiz Zeynalovun iddiası əsasında  Nəsimi rayon məhkəməsinin qərarı ilə 2 il 6 ay müddətinə  həbs edilib.

Ramiz Zeynalov məhkəmədə baş redaktora qarşı Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148 - ci (təhqir) maddələri ilə xüsusi ittiham qaydasında  iddia qaldırmışdı. 

Bakı Appelyasiya Məhkəməsi Ramiz Zeynalovla "İdeal" qəzeti arasında əldə olunan qarşılıqlı barışıq əsasında, məhkəmə cinayət işinə xitam verib və Quliyev məhkəmə zalından azadlığa buraxılıbMüəlliflə əlaqə saxlamaq üçün elektron ünvan- [email protected]

Xəbər lenti

Xəbər lenti