Azərbaycan, Bakı, 03 noyabr/ Trend , müxbir R.Ergün/ Azərbaycanlı voleybolçuların çıxış etdiyi iki klub dünən Türkiyə çempionatının növbəti turunda üz-üzə gəlib.
Voleybol üzrə Azərbaycan yığmasının lideri Natalya Məmmədovanın çıxış etdiyi "Türk Telekomspor" klubu Nisə Quliyeva, Valeriya Korotenko və Oksana Parxomenkonun üzvü olduğu "Fənərbaxça Acıbadem" komandasına 3:1 hesabı ilə qalib gəlib.
Azərbaycanlı voleybolçulardan yalnız Korotenko bu oyunda meydana çıxmayıb.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]