...

Azərbaycanın "Neftçi" klubunun rəhbərliyi komandadan çıxarılan futbolçulara transfer vərəqələrinin verilməsində problem yaratmayacaq

Cəmiyyət Materials 4 Noyabr 2008 12:32 (UTC +04:00)

Azərbaycan, Bakı, 04 noyabr/ Trend , müxbir R.Ergün/ Azərbaycanın "Neftçi" klubunun rəhbərliyi komandadan uzaqlaşdırılan futbolçuların başqa klublara keçməsinə problem yaratmayacaq.

"Biz başqa kluba keçmək istəyən heç bir futbolçuya problem yaratmayacağıq. Amma hələ ki, hansısa futbolçuya görə, başqa klublardan bizə təklif gəlməyib", çərşənbə axşamı Trend -a "Neftçi" klubunun vitse-prezidenti İlqar Quluzadə deyib.

Trend -un arayışı: Bir müddət əvvəl altı futbolçu - Rəşad Sadıqov, Georgi Adamiya, Rəşad Sadiqov, Aleksandr Çertoqanov, Elnur Allahverdiyev və Levent Kartop "Neftçi"dən uzaqlaşdırılıb. Bu futbolçulardan birinin - Sadıqovun Türkiyənin "Boluspor" klubuna transfer olunacağı gözlənilir.

Quluzadə bildirib ki, qış fasiləsi dövründə "Neftçi"nin heyəti güclənəcək.

"Əlbəttə, komandamız belə qalmayacaq. Qış fasiləsində heyətin gücləndirilməsi məsələsi həllini tapacaq", - deyə vitse-prezident əlavə edib.

Hazırda hesabında 9 xal olan "Neftçi" Azərbaycan Premyer-Liqasında 14 komanda arasında 10-cu yerdədir.

Komandanın baş məşqçisi almaniyalı Hans Yurgen Gededir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti