...

Futbol üzrə Azərbaycan yığmasının yoxlama oyununun başlama vaxtı müəyyənləşib

Cəmiyyət Materials 6 Noyabr 2008 10:43 (UTC +04:00)

Azərbaycan, Bakı, 06 noyabr/ Trend , müxbir R.Ergün/ Futbol üzrə Azərbaycan yığma komandası ilə Albaniya millisi arasında keçiriləcək yoldaşlıq oyununun başlama vaxtı müəyyənləşib. Bu barədə Trend -a Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) mətbuat xidməti məlumat verib.

Noyabrın 19-da, Bakıdakı Tofiq Bəhramov adına respublika stadionunda keçiriləcək oyun saat 20.00-da başlayacaq.

Azərbaycan yığması ilə Albaniya arasında keçirilən əvvəlki oyunların hamısında albanlar qələbə qazanıblar.

İki ölkənin yığma komandaları arasındakı oyunların nəticələri belə olub: Albaniya - Azərbaycan 1:0 (2000-ci il), Albaniya - Azərbaycan 1:0 (2002-ci il), Albaniya - Azərbaycan 2:1 (2005-ci il).

Azərbaycan yığmasının baş məşqçisi almaniyalı Berti Foqtsdur.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti