...

ABŞ Azərbaycanda radiostansiyaların bağlanacağından narahatdır

Cəmiyyət Materials 7 Noyabr 2008 11:55 (UTC +04:00)

Azərbaycan, Bakı, 07 noyabr/ Trend / ABŞ Azərbaycanda xarici radiostansiyaların bağlanacağından ciddi narahatdır.

"Biz Azərbaycanda bağlanması planlaşdırılan radiostansiyaların ölkədə demokratikləşmənin inkişafına bir çox yeniliklər gətirdiyinə inanırıq", - deyə mətbuat qarşısında çıxışı zamanı ABŞ Dövlət Departamentinin nümayəndəsi Robert Vud bildirib.

Vudun sözlərinə görə, Azərbaycan radiostansiyaların bağlanması barədə ABŞ-a xəbər verməyib. "Məndə olan məlumata görə, nə radiostansiyaların özlərinə, nə də ABŞ kanallarının beynəlxalq yayımı ilə məşğul olan xüsusi xidmətə vəziyyəti aydınlaşdıran məlumat daxil olmayıb", - deyə o bildirib. Onun sözlərinə görə, ABŞ vəziyyəti aydınlaşdırmaq üçün Azərbaycan ilə dialoq axtarır.

Ötən həftə Azərbaycanın Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli bildirib ki, 2008-ci ilin sonunadək Azərbaycan ərazisində "BBC", "Azadlıq" və "Amerikanın səsi" radiostansiyalarının birbaşa efirdə yayımlanması dayandırılacaq. "Cari ilin sonunda bütün xarici radiostansiyalar Azərbaycanda yayımlandıqları tezliklərdən məhrum ediləcək. Xarici radiostansiyalar peyk, İnternet və kabel şəbəkəsi vasitəlsilə yayımlana bilər", - deyə Məhərrəmli bildirib.

Azərbaycan Milli Televiziya və Radio Şurasının xarici radiostansiyaların yayımının dayandırılmasına dair qərarı siyasiləşdirilir.

"Təəssüf ki, bəzi təşkilatlar Şuranın xarici radiostansiyaların yayımının dayandırılması barədə qərarını siyasiləşdirirlər. Qərar hüquqi əsasa malikdir", - deyə Trend -a MTRŞ sədri Məhərrəmli bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti