...

Azərbaycanın "Neftçi" klubu Hollandiya yığmasının keçmiş futbolçusunu baxışa dəvət edib

Cəmiyyət Materials 11 Noyabr 2008 11:30 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 noyabr/ Trend , müxbir R.Ergün/ Azəbaycanın "Neftçi" klubu iki yeni futbolçunu baxışa çağırıb. Bu barədə Trend -a klubun mətbuat xidməti məlumat verib.

"Neftçi"nin baxışa dəvət etdiyi futbolçulardan biri rusiyalı Andrey Salnikov, digəri isə türkiyəli Uğur Yıldırımdır.

Salnikov məşhur futbolçu hesab olunmasa da, Yıldırım "Neftçi"yə gələnə kimi bəzi tanınan klublarda oynayıb.

Türkiyəli futbolçu Hollandiyanın "Qou Ehed", "Herenven" və İngiltərənin "Blekbörn" klublarında çıxış edib. Yarımmüdafiə xəttində çıxış edən türkiyəli futbolçu üç il əvvəl Hollandiya yığma komandasının heyətində İngiltərəyə qarşı yoldaşlıq oyununda iştirak edib. Bu, Yıldırımın yığmanın heyətində ilk və son oyunu olub.

"Neftçi"nin mətbuat xidmətinin məlumatına görə, hər iki futbolçu bir həftə ərzində komandanın düşərgəsində baxışdan keçəcək.

Mətbuat xidmətinin məlumatına görə, "Neftçi"nin məşqçi heyəti qış fasiləsinə kimi daha bir neçə futbolçunu baxışa dəvət etməyi planlaşdırıb.

"Neftçi"nin baş məşqçisi almaniyalı Hans Yurgen Gededir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti