...

Ukrayna azərbaycanlıları ölkə prezidentinə Nobel sülh mükafatının verilməsinə dair təşəbbüslərinin dəstəklənməsini xahiş edirlər

Cəmiyyət Materials 13 Noyabr 2008 17:43 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 noyabr/ Trend , müxbir C. Babayeva/ Ukrayna azərbaycanlıları Beynəlxalq Ümumdünya Sülh Federasiyasından (Universal Peace federation) Ukrayna prezidentinə Nobel sülh mükafatınının verilməsinə dair təşəbbüslərinin dəstəklənməsini xahiş edirlər. Bu barədə cümə axşamı Trend -a Dünya Azərbaycanlıları Konqresinin (DAK) Ukraynadakı nümayəndəliyindən bildiriblər.

Dünya Azərbaycanlıları Konqresinin Ukraynadakı nümayəndəliyi Ukrayna prezidenti Viktor Yuşşenkoya Nobel sülh mükafatının verilməsi təşəbbüsünün dəstəklənməsi üçün, may ayında Ukraynanın ictimai təşkilatları və siyasi partiyalarına müraciət edib.

Təşəbbüsün dəstəklənməsinə dair müraciət noyabrın 12 - 16 - da Tokioda (Yaponiya) Beynəlxalq Ümumdünya Sülh Federasiyasının rəhbərliyi altında keçirilən Qlobal Sülh Festivalında (Global Peace Festival) iştirak edən DAK sədri Oqtay Rüstəmov tərəfindən edilib. Festivalda 50 ölkədən olan ictimai-siyasi, dini liderlər, DAK nümayəndələri Fikrət Vəliyev və Nadir Axundov iştirak edirlər.

DAK-ın Ukraynadakı nümayəndəliyi Ədliyyə Nazirliyində rəsmi olaraq 2006 - cı il dekabrın 8 - də qeydiyyatdan keçib. Təşkilatın əsas məqsədi Ukraynada yaşayan azərbaycanlıların peşəkar, sosial hüquqları və digər maraqlarının reallaşdırılması və müdafiəsinə yardım göstərmək, hüquq - mühafizə ideyaları, beynəlxalq insan haqları standartlarının təbliğindən ibarətdir.

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti