...

AFFA Azərbaycanın 15-ə yaxın futbol komandasında araşdırma aparır - baş katib

Cəmiyyət Materials 14 Noyabr 2008 13:31 (UTC +04:00)

Azərbaycan, Lənkəran, 14 noyabr/ Trend , müxbir P.Əliyeva/ Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) 15-ə yaxın futbol komandasında oyunçuların sənədlərinin saxtalaşdırılması məsələsi ilə bağlı araşdırma aparmağa başlayıb.

Bu barədə cümə günü Lənkəranda keçirilən "Top Festivalı"nda iştirak edən AFFA-nın baş katibi Elxan Məmmədov jurnalistlərə açıqlamasında məlumat verib.

Trend -un arayışı: AFFA prezidenti Rövnəq Abdullayevin göstərişi ilə yaşı saxtalaşdırılan - "lipa" futbolçuların sənədlərinin yoxlanılması ilə əlaqədar xüsusi komissiya yaradılıb. Yaşı azaldılan futbolçlar və onların məşqçiləri AFFA tərəfindən cəzalandırılacaq.

Məmmədov Azərbaycan Premyer-Liqasında çıxış edən legioner futbolçulara limitin tətbiq olunması ilə bağlı məsələyə münasibət bildirərək deyib ki, bu, AFFA İcraiyyə Komitəsinin səlahiyyətləri çərçivəsindədir.

Lənkəranda keçirilən "Top Festivalı"nda rekord qeydə alınıb. 320 azyaşlı futboçunun iştirak etdiyi Lənkərandakı "Top Festivalı" bu göstərici ilə Bakıda (170 iştirakçı) və Gəncədə (270 iştirakçı) əvvəl təşkil olunan festivalları geridə qoyub.

Lənkərandakı "Top Festivalı"na qatılan ən az yaşlı iştirakçının 6 yaşı olub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti